Görkəmli fransız dramaturqu P.Bomarşe Fransa burjua inqilabı
ərəfəsində aristokratların silki imtiyazlarına və hökmranlığına
qarşı çıxış edirdi. O, "Fiqaronun toyu" komediyasında zadəganların
bekarçılığını, miskinliyini və yelbeyinliyini göstərərək zirək,
diribaş və ağıllı nökər obrazını yaratmışdı. Bu əsər tamaşaya
qoyulduqdan sonra Bomarşeni həbs etmişdilər. Lakin onun şöhrəti o
qədər böyük idi ki, bir neçə gündən sonra həbsxanadan buraxmalı
olmuşdular.
Pyer Bomarşe Şimali Amerikada istiqlaliyyət mübarizəsi zamanı öz
vəsaiti hesabına Amerika vətənpərvərlərinə köməyə göndərilmək üçün
fransız zabitləri və hərbi sursat aparan gəmi təchiz etmişdi.
Alman ədəbiyyatının görkəmli nümayəndəsi I.V.Höte idi. O, insan
yaradıcılığını tərənnüm edirdi. Bu bütün dünyada şöhrət qazanan və
Hötenin başlıca əsəri olan "Faust'da özünün parlaq ifadəsini
tapmışdı.