Müxtəlif elm sahələrinin inkişafında rolu olan alimlərin adlarını
cədvələ yazın.
Tarix |
|
Fizika |
|
Kimya |
|
Riyaziyyat |
|
Tibb |
|
Ədəbiyyat. XVII—XVIII yüzilliklərdə kapitalist
münasibətlərinin təsiri altında Hollandiya və İngiltərədə, sonra
isə başqa ölkələrdə də bədii ədəbiyyatda burjuaziya ideyaları
yayılmağa başladı. Bir çox qabaqcıl yazıçılar mütləq monarxların
özbaşınalığını cəsarətlə ifşa edirdilər. Onlar saray əyanlarını,
kilsəni tənqid edir, cəmiyyətin inkişafına mane olan buxovlardan
onun azad olmasına çalışırdılar. Belə qabaqcıl ziyalılardan biri
məşhur ingilis yazıçısı Daniel Defo olmuşdur. Yazdığı "Robinzon
Kruzo" romanı ona misilsiz şöhrət qazandırmışdı.
Böyük ingilis satiriki Conatan Svift "Qulliverİn səyahətləri"
romanında cəmiyyətdə hökm sürən lovğalıq, özbaşınalıq, acgözlük,
hər şeydən şübhələnmək və ədalətsizlik kimi xüsusiyyətləri tənqid
atəşinə tuturdu.
Ədəbiyyat sahəsində baş verən yeniliklər nə İlə bağlı idi?
Böyük fransız dramaturqu Jan Batist Molyer komediyalarında
zadəganların avaraçılığını, silki imtiyazlarını və xurafatı
məzəli tərzdə ifşa edirdi. Pyesləri bu gün də dünya teatrlarının
səhnələrində oynanılan görkəmli alman dramaturqu Fridrix Şiller
faciə əsərlərində yaşadığı dövrü tənqid edirdi.