1725-ci ildə Peterburq Elmlər Akademiyası fəaliyyətə başladı. Bu,
rus elminin və mədəniyyətinin bu dövrdəki ən böyük nailiyyəti idi.
Şərq və Qərb mədəniyyətlərinin inkişaf xüsusiyyətlərini izah edin.
Fiziki kimyanın yaradıcısı, ilk kimya laboratoriyasının
təşkilatçısı M.Y.Lomonosovun XVIII yüzillik Rusiya elminin
inkişafında müstəsna xidməti olmuşdur. Lomonosov kimyəvi
reaksiyalar zamanı maddələrin ümumi çəkisinin dəyişmədiyini sübut
etmişdi.
Dövrün hadisələri tarixi əsərlərdə öz əksini tapırdı. Bu dövrdə
beşcildlik Rusiya tarixi yazıldı. N.Karamzin məşhur tarixçi idi.
Şimali Amerikada elmin görkəmli nümayəndələrindən biri kimi
tanınan məşhur siyasi