1686-cı il Rusiya-Reç Pospolita və 1774-cü il Rusiya-Osmanlı
müqavilələrinin oxşar cəhətlərini müəyyən edin.
Kiçik Qaynarca müqaviləsi ilə Krım xanlığı təklənmiş oldu. Burada
baş verən daxili qarışıqlıqdan istifadə edən Rusiya 1783-cü ildə
Krımı işğal etdi. Ardınca Şərqi Gürcüstan da Rusiyanın himayəsinə
keçdi.
II Yekaterina anlayırdı ki, Osmanlı Krımın işğalı ilə
barışmayacaq. Ona görə də Osmanlı ilə baş verə biləcək müharibəyə
hazırlıq gördü. Avstriya ilə ittifaq bağladı, yeni donanmalar
yaradıldı və qalalar tikildi.