I Pyotr 1711-ci ildə İsveç kralını təqib etmək bəhanəsi ilə Qara
dəniz ətrafı Osmanlı torpaqlarına hücum etdi. Lakin Prut çayı
sahilində mühasirəyə düşdü. I Pyotr düşdüyü mühasirədən çıxmaq
üçün sülh bağlamağa çalışırdı. Osmanlı komandanı I Pyotrun
mühasirədə olduğundan xəbərsiz idi və sülh bağlamağa razı oldu.
Prut çayı sahilində
imzalanan sülhə görə Rusiya Azov qalasını osmanlılara qaytardı və
İsveç kralının ölkəsinə qayıtmasına şərait yaratdı.
Müharibə Rusiyanın üstünlüyü ilə başa çatdı.
1721-ci ildə Niştadt şəhərində Rusiya ilə İsveç arasında sülh
müqaviləsi imzalandı.