tərkibində Avropaya gedərək gəmiqayırma, artilleriya işini, Avropa
qaydaqanunlarını öyrənirdi.
XVII yüzilliyin 80-90-cı illərində Rusiyanın Osmanlı dövlətinə
qarşı apardığı mübarizənin nəticələrini müəyyən edin.
I Pyotr Avropa dövlətlərinin Osmanlıya qarşı ittifaqını təmin edə
bilməsə də, Reç Pospolita, Saksoniya və Danimarka ilə İsveçə qarşı
ittifaq yaratdı. Bu, Şimal ittifaqı idi.
Şimal ittifaqının yaradılması ilə Rusiya Baltik dənizinin
sahillərini ələ keçirmək uğrunda mübarizəyə başladı. Şimal
ittifaqı İlə İsveç arasında 1700-cü İldə Şimal müharibəsi
adlanan müharibə başladı. Müharibənin ilk vaxtları müttəfiqlər
üçün uğursuz oldu. I Pyotr Rusiyanın geriliyini aradan qaldırmaq
üçün dərhal islahatlara başladı. Aparılan islahatlar növbəti
əməliyyatlarda öz bəhrəsini verməyə başladı.
1709-cu İldə baş verən Poltava döyüşündə rus ordusu qalib
gəldi. İsveç kralı XII Çarlz qaçaraq Osmanlı torpaqlarında
gizləndi. Poltava döyüşü Şimal müharibəsinin gedişində əsaslı
dönüş yaratdı.
XII Çarlz