Bundan narahat olan II Təhmasib Nadir xanla məsləhətləşmədən
Irəvandakı Osmanlı ordusuna qarşı hərbi əməliyyatlara başladı.
Uğursuzluqla üzləşən Şah II Təhmasib Nadir xan tərəfindən
hakimiyyətdən uzaqlaşdırıldı. Taxta onun azyaşlı oğlu Abbas
çıxarılsa da, gerçək hakimiyyət Nadir xanın əlində idi. Nadir xan
Əfşar Rusiya İlə bağlanan müqavilələrə əsasən rus qoşunlarını
Xəzərsahili Azərbaycan torpaqlarından çıxartdı.
Nadir xanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi nə ilə
nəticələndi?
Daha sonra Azərbaycandan cənubdakı Kərkük, Qərbi Azərbaycandakı
Üçmüəzzin* və Muradtəpə döyüşlərində Osmanlı
ordularını məğlub edən Nadir xan onların da Azərbaycan
ərazilərindən tamamilə çıxarılmasına nail oldu.
Müəzzin məscidlərdə azan, namazlarda salam və təsbeh dualarını
səsləndirən şəxsdir.
Muradtəpə döyüşü
Kərkük döyüşü