RUSİYA
Romanovlar, “Məclis Qanunnaməsi",
I Pyotr, “Şimal müharibəsi”, II Yekaterina,
Yassı müqaviləsi
XVII yüzilliyin əvvəlləri Rusiyada
siyasi dağınıqlıq dövrü idi. Daxili
çəkişmələr, sosial münaqişələr, xarici
müdaxilələr və tez-tez baş verən
hakimiyyət dəyişiklikləri vəziyyəti
daha da ağırlaşdırırdı. Xalqın bütün
təbəqələri birləşib bu problemlərə
son qoydu. Nəticədə hakimiyyətə
Romanovlar sülaləsi (1613-1917) gəldi.