dünyəvilik və ədalət kimi düşüncə və anlayışlar inqilabçı ordular
tərəfindən Avropaya yayılmışdı. Koalisiya müharibələri Avropanı
siyasi, iqtisadi və sosial cəhətdən köklü surətdə dəyişdi.
Əvvəllərdən Avropada qurulmuş olan qüvvələr nisbəti Napoleon
müharibələri ilə tamamilə pozuldu.
Fransa inqilabı beynəlxalq siyasi həyatda millətlərin hüquqları,
öz gələcəyi üzərində suverenliyi, bərabərliyi, təbii sərhədlər
kimi prinsiplər formalaşdırdı. Özündən əvvəlki inqilablardan
fərqli olaraq, Fransa inqilabında burjuaziya tam hakimiyyətə sahib
olmuşdur.
Fransa inqilabı imtiyazlı təbəqələr və monarxiya üzərində qələbə
qazanan, feodal qayda-qanunlarına sona qədər zərbə vuran ilk
inqilab oldu.