Avstriya və İngiltərə isə müqavilə imzalamamış, müharibəni davam
etdirmişdilər. Ancaq müqavimət göstərə bilməyən Avstriya tezliklə
Şimali İtaliyada Napoleon tərəfindən ağır məğlubiyyətə uğradıldı.
Bundan sonra onlar arasında müqavilə imzalandı. Müqavilə
nəticəsində hər iki dövlət Balkanlara daxil olmuş oldu. Bu,
Avropanın iki güclü dövlətini Osmanlı imperiyası ilə birbaşa
sərhəddə mübarizəyə sövq etdi.
Fransa İngiltərənin Hindistanla əlaqələrində mühüm yer tutan
Misiri ələ keçirib onu sülh müqaviləsi imzalamağa məcbur etmək
istəyirdi. Buna görə də fransız donanması 1798-ci ildə Napoleonun
başçılığı ilə Misirə hücum etdi. Fransanın Misiri ələ keçirməsi
Osmanlı, İngiltərə və Rusiyanın yenidən ona qarşı birləşməsinə
səbəb oldu.