YAKOBİNÇİLƏRİN FƏALİYYƏTİ |
Müsbət cəhətləri |
Mənfi cəhətləri |
|
|
|
|
1795-ci ildə yeni Konstitusiya qəbul edildi. Bu Konstitusiyaya,
əsasən, icra hakimiyyətinin beş nəfərdən ibarət olan və Məclis
tərəfindən seçilən Direktoriya adlı quruma verilməsi nəzərdə
tutulurdu. Beləliklə, Fransada Direktoriya dövrü başladı.
Lakin kral tərəfdarları və respublikaçılar yeni rejimdən razı
qalmadılar və xalqı üsyana təhrik etdilər. Üsyanlar gənc general
Napoleon Bonapart tərəfindən yatırıldı. Bu onun ölkə daxilində
nüfuzunu yüksəltdi. Direktoriya dövründə Napoleon tərəfindən
Avstriya və Misirə yürüşlər təşkil edildi.
Bu dövrdə ölkədə daxili siyasi və iqtisadi tədbirlər uğursuz oldu.
Fransa ordularının məğlubiyyəti ölkə daxilində hökumətə qarşı
narazılığı artırdı. Misirdə türklərə məğlub olan Napoleon ölkəyə
qayıdaraq 1799-cu ildə Direktoriyanı devirib hakimiyyəti ələ
keçirdi. Beləliklə, Fransa inqilabı başa çatdı.
Fransa inqilabının Avropa ölkələrinə təsiri. Fransada
inqilabın başladığı ilk vaxtlarda digər Avropa ölkələrində böyük
reaksiya yox idi. Əksinə, Fransanın bu daxili çəkişmələrdən zəif
çıxacağı fikri formalaşmışdı. Fransanın işğalçılıq məqsədilə
müharibə etməkdən əl çəkməsi 1791-ci il Konstitusiyasında öz
əksini tapmışdı. Bu baxımdan baş verən hadisələr daxili proseslər
kimi görünürdü.
Lakin inqilabın qısa müddətdə yüksəlməsi, monarxiyanın devrilməsi
Avropa monarxlarını qorxutdu. Buna görə də onlar inqilaba qarşı
tədbirlər görməyə başladı. Lakin onların öz aralarında olan fikir
ayrılıqları inqilaba qarşı mübarizəni çətinləşdirirdi. Rusiya və
Avstriya Osmanlı imperiyası ilə müharibə (1787—1791-ci illər)
vəziyyətində idi. Prussiya Avstriyaya hücum etməyə hazırlaşırdı.
Lakin