Bütün mükəlləfiyyətlərin ləğvi haqqında qanunun verilməsi həm
kəndlilərin, həm də ölkənin mənafeyinə uyğun idi. Ona görə
kəndlilər Avropa dövlətlərinin koalisiyasına və qiyamçılara qarşı
mübarizədə inqilabın nailiyyətlərini daha qətiyyətlə müdafiə
etməyə başladılar.
Təhsilə İsə xüsusi diqqət yetirilmişdir. Belə ki Fransada İlk dəfə
pulsuz ibtidai təhsil haqqında qanun qəbul edilmiş, bir sıra ali
təhsil və mədəniyyət müəssisələri yaradılmışdı.
Yakobinçilər respublikanı müdafiə etmək üçün ölkənin bütün
qüvvələrini səfərbər etməyə çalışırdılar.
Qısa müddətdə Fransanın silahlı qüvvələri yenidən quruldu. Milli
ordu ümumi hərbi mükəlləfiyyət prinsipi əsasında yaradıldı. Orduya