1789-cu ilin avqustunda feodal qaydalarının ləğv edilməsi haqqında
bəzi vacib qərarlar qəbul edildi: Fransada feodal sistemi ləğv
edilməli, ruhanilər və zadəganlar vergi ödəməmək hüquqlarından və
digər üstünlüklərindən könüllü imtina etməli idi. Hər kəs bərabər
vergi ödəməklə yanaşı, dövlət vəzifələri və rütbələri əldə edə
bilərdi. Beləliklə, feodal qaydalarına əsaslanan sistem sıradan
çıxır, bərabərlilik prinsipi əsasında yeni sistem qurulurdu.
1789-cu ildə ABŞ-nin "İstiqlaliyyət bəyannaməsi" əsasında "İnsan
və vətəndaş hüquqları haqqında Bəyannamə" qəbul edildi.
Bəyannaməyə əsasən vətəndaşların azad və bərabər olması
vurğulanır, hakimiyyətin mənbəyinin xalq olduğu elan edilirdi.
Bəyannamədə həmçinin insanların öz təhlükəsizliyini təmin etmək,
zülmə müqavimət göstərmək, söz, mətbuat kimi hüquq və azadlıqlar,
xalqın suverenliyi kimi prinsiplər də əksini tapmışdı.
Uzun müzakirələrdən sonra 1791-ci ildə Konstitusiya qəbul olundu.
Konstitusiyada suverenlik hüququnun xalqda olduğu və hakimiyyətin
bölünməsi prinsipi qəbul edilirdi. Kral icra hakimiyyətinin
başçısı olsa da, onun səlahiyyətləri Konstitusiya ilə
məhdudlaşdırılırdı.
Beləliklə, Fransada mütləq monarxiyaya son qoyulması ilə
konstitusiyalı monarxiya dövrü başlandı.
1791-ci il Konstitusiyasının əhəmiyyəti nə idi?
Fransa daxilində üsyanlar və çəkişmələr davam edirdi. Həmçinin
yeni rejimi devirib monarxiya qaydalarını bərpa etmək istəyən
qonşu dövlətlərlə də müharibələr gedirdi. 1792-ci ildə respublika
tərəfdarları kralı həbs etdilər. Sentyabrda ölkənin şimalında
işğalçı qüvvələrin hücumu dayandırıldı və Fransa tarixində
ilk dəfə Respublika elan edildi.
Beləliklə, yüzilliklərlə davam edən monarxiya