caq sonradan ruhanilərin aşağı təbəqəsi və narazı zadəganlar Milli
Məclisə qoşuldular.
Kral məclisin iclaslarının keçirilməsinə mane olmağa çalışırdı. Bu
onların daha da sıx əməkdaşlıq etməsinə şərait yaratdı. Kralın
maneçiliyinə baxmayaraq, Milli Məclisin iclası keçirildi, iclas
iştirakçıları Konstitusiya qəbul etməyi qarşıya məqsəd qoydu.
Milli Məclisin Fransa üçün Konstitusiya hazırlamaq addımı
yüzilliklər boyu davam edən monarxiya rejimini dəyişmək məqsədi
güdürdü. Bu addım krala qarşı çıxmaq demək idi. Bununla da inqilab
başlamış oldu. Beləliklə, Fransanın düşdüyü maliyyə böhranının
həllini tapmaq üçün toplanmış Baş ştatlar ilk anlarından öz
mahiyyətini dəyişərək inqilabi forma aldı. Bundan sonra hər şey
sürətlə inkişaf etməyə başladı.
Baş verən proseslər kral, ruhanilər və zadəganları narahat edirdi.
Bu vəziyyətdən xəbərdar olan məclis nümayəndələri xalq kütlələri
ilə birlikdə mütləqiyyətin simvoluna çevrilmiş Bastiliya qalasına
hücum edib ələ
keçirdilər.Bastiliyanın alınması Fransa inqilabının ilk qələbəsi idi.
Hadisələr tez bir zamanda Fransanın digər bölgələrinə yayılmağa
başladı. Nəticədə kralın gücü xeyli azaldı, ruhanilərin və
zadəganların çoxu xaricə qaçdı.