Ölkənin çox yerlərində məhkəmələr fəaliyyət göstərsə də, hakimlik
irsi olaraq atadan oğula keçir, ya da rüşvət yolu ilə satın
alınırdı. Bu da özbaşınalıqlara yol açırdı.
Rüşvətin dövlət idarəçiliyinə necə təsir etdiyini araşdırın.
Fransa XVIII yüzilliyin əvvəllərindən etibarən Avropada ən güclü
dövlət olmaq yolunda müharibələrlə müşayiət olunan cəhdlər etmişdi.
XIV Lüdoviqin hakimiyyəti dövründə bu sahədə xeyli uğurlar əldə
edilmişdi. Lakin uzun sürən müharibələr Fransanı iqtisadi və siyasi
cəhətdən sarsıtmışdı. 1756-1763-cü illərdə baş verən Yeddiillik
müharibədə İngiltərəyə həm quruda, həm də dənizdə