"Amerikanın atası" adını almış Corc Vaşinqton 57 yaşında,
1789-cu il fevral ayının 4-də keçirilən prezident seçkilərində
ABŞ-nin ilk prezidenti seçilib.
ABŞ prezidentlərinin iqamətgahı olan Ağ Evin tikilməsi haqqında
sərəncamı o imzalayıb. Binanın ilk təməl daşını o qoysa da, Corc
Vaşinqtona Ağ Evdə işləmək qismət olmayıb. Çünki tikinti
Vaşinqtonun vəfatından iki il sonra başa çatıb.
Amerika Birləşmiş Ştatlarının paytaxtının adı da Corc
Vaşinqtonun soyadının şərəfinə qoyulub. Bu ərazini paytaxt kimi
məhz o özü seçib. Bu şəhərdə onun şərəfinə ucaldılmış abidə
şəhərin hər bir tərəfindən görünür. Konqresin qərarına görə
şəhərdə bu abidədən hündür heç nə tikmək olmaz.
Amerikanın digər tarixi şəxsiyyətləri kimi Corc Vaşinqtonun
şəkli də pul vahidlərinin üzərində öz əksini tapıb. İlk
prezidentin şəkli bir dollarlıq əsginasın üzərinə vurulub.
Corc Vaşinqton heç vaxt Böyük Britaniyaya səfər etməyib. Hətta
açıq bəyan edib ki, onun ayağının Londona dəyməsi heç vaxt
mümkün olmayacaq. Sonralar, 1924-cü İldə Vaşinqtonun abidəsi
Londona bəxş ediləndə onun bəyanatını nəzərə alaraq abidənin alt
hissəsinə Amerika torpağı tökmüşlər.
1799-cu ilin soyuq qış günlərində sahələrə çıxanda Vaşinqton
möhkəm soyuqlayıb. Tibbin inkişaf etmədiyi bir dövrdə həkimlər
soyuqdəyməni çıxarmaq üçün yeganə vasitə kimi qan almağa
üstünlük veriblər. Elə bu qanalma nəticəsində də Corc Vaşinqton
14 dekabr 1799-cu ildə 67 yaşında vəfat edib.
C.Vaşinqtonun fəaliyyəti ilə bağlı əlavə məlumatlar
toplayın və "Amerikanın atası" mövzusunda esse yazın.
ABŞ tarixinə aid hadisələrə uyğun xronoloji cədvəl qurun.
Corc
Vaşinqton