Məhkəmə sisteminə Ali Məhkəmə rəhbərlik edirdi. Hakimlər Senatın
təsdiqi ilə prezident tərəfindən ömürlük təyin olunurdu. Ali
Məhkəmə qanunların konstitusiyaya uyğunluğuna nəzarət edirdi.
ABŞ KONSTİTUSİYASINA GÖRƏ
HAKİMİYYƏT ORQANLARI
KONQRES
PREZİDENT
ALİ MƏHKƏMƏ
SENAT
NÜMAYƏNDƏLƏR
PALATASI
ABŞ Konstitusiyasına görə hakimiyyət bölgüsünü təhlil edin.
ABŞ Konstitusiyası Avropa monarxiyalarındakı qaydalara nisbətən
irəliyə doğru böyük addım idi. Bununla yanaşı, onun bəzi məhdud
cəhətləri var idi. Konstitusiyada seçki hüququ göstərilmirdi. Bu,
ştatların daxili qanunvericiliyi İlə müəyyən olunurdu. Demək olar
ki, bütün ştatlarda seçki hüququ almaq üçün mülkiyyətə sahib olmaq
lazım gəlirdi. Qadınlar, qullar, hindular və ağdərili əhalinin
aşağı təbəqələri səsvermə hüququndan məhrum edilmişdi.
1791 -ci ildə konstitusiyaya ilk əlavə və düzəlişlər edildi.
Vətəndaşlara söz, yığıncaq, vicdan və digər hüquqlar verildi.
Məhkəmənin hökmü olmadan həbslər keçirmək qadağan edildi.