İnternet nəhəng məlumat bazasıdır. O hər saniyə yeni xəbərlərlə zənginləşir. İnternet genişləndikcə onun vasitəsilə dünyanın istənilən nöqtəsində yaşayan insanlarla asanlıqla virtual ünsiyyət qurmaq olur.
İnternet vasitəsilə məktublaşmaq, onlayn keçirilən forumlarda iştirak etmək, kitab, jurnal və qəzetlərin elektron versiyalarını oxumaq, alış-veriş etmək, radio dinləmək, televiziya verilişlərinə tamaşa etmək, gündəlik hadisələrlə bağlı məlumatları operativ almaq mümkündür. Ona görə də insanlar internetdən həvəslə istifadə edirlər.
Hazırda bir çox qabaqcıl ölkələrdə, o cümlədən Azərbaycanda müəllimlər internet resurslarından təhsil və təlim məqsədilə istifadə edirlər.
Ağalı Azərbaycan Respublikasının Zəngilan rayonunda yerləşir. Kənd 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
“Ağıllı kənd” layihəsinə uyğun qurulan Ağalı kəndinə, ümumilikdə, 66 ailə köçürülmüşdür. Kəndin enerjiyə olan tələbatı alternativ enerji mənbələrindən əldə edilir.
Ağalı kənd meydanında “Azərpoçt”-un rayon şöbəsi, “ASAN xidmət” və DOST Mərkəzi və digər mərkəzlər vardır. Məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışını təmin etməkdir. Bu mərkəzlərdə kənd sakinlərinə 100-dən çox xidmət onlayn formada göstərilir. Vətəndaş videobağlantı ilə DOST mərkəzinə birbaşa müraciət edir və müraciəti yerindəcə həll olunur.