Hazırda texnologiya əsrində yaşayırıq. Daim inkişaf edən texnologiya insanın həyatına təsir edir. Onun tətbiq edilməsinin əsas səbəbi insanların işini asanlaşdırmaqdır. Texnoloji vasitələr insanlar tərəfindən asanlıqla qəbul edilir. İnsanın həyatına heç bir müsbət və ya mənfi təsiri olmayan ixtira, demək olar ki, yoxdur.
İnternet ən böyük şəbəkə, həm də informasiya mənbəyidir. Ondan hər gün müxtəlif məqsədlərlə istifadə olunur. Əgər internet olmasa, bir çoxları bundan təsirlənər. Bu, internet asılılığı adlanır. İnternetin olmaması internet asılılığı olan insanlar üçün xüsusilə böyük problem yarada bilər.