Həyatın bütün sahələrində insanın nail olduğu bacarıqlar onu digər
canlılardan fərqləndirən əsas xüsusiyyətlərdir. İş və əmək
insan üçün həm zərurət, həm də vəzifədir.
Yer kürəsində insanın yaşaması üçün
lazım olan hər şey onun istifadəsinə təqdim edilmişdir. İnsan
yemək, içmək, qorunmaq üçün lazımlı olanları tapıb istifadə etmək
məcburiyyətindədir. İşləmək, çalışmaq zərurət olmaqla
yanaşı, həm də bir dəyər və əxlaqi keyfiyyətdir. Müdriklər
deyir:
Valideynlər övladlarında əmək və iş
qabiliyyətini körpəlikdən formalaşdırmalıdırlar. Hər
şeyin hazır şəkildə əldə edilməsi onlarda tədricən tənbəlliyə
səbəb olur. Bu isə gələcəkdə
böyük
bəlaya çevrilir. Uşaq bilməlidir ki, o öz zəhmətinin nəticəsində
gələcəkdə istədiyi mövqeni, yaxud imkanları əldə edə biləcəkdir.
Əgər uşaq zəhmətə, xeyir işlər görməyə, yaxşılıq etməyə
öyrədilirsə, keyfiyyətli fərd olaraq böyüyür. Onun doğru
istiqamətə yönəldilməsində müəllimlərin də böyük əməyi vardır.
Uşaq kiçik ikən bolluğa və rahatlığa alışırsa, onda tənbəllik kimi ağır “xəstəlik” yarana bilər. İstədiyini əldə edə bilmədikdə isə bu, uşaqlarda küskünlük və narazılığa səbəb olur. Böyüdükcə arzuları böyüyən uşaq istəklərini həyata keçirmək və yaşamaq uğrunda mübarizə aparmaq üçün asan yoldan pul qazanmağın yollarını axtarmağa çalışacaqdır.
Tənbəlliyin əsas xüsusiyyətləri uşaqların ...