9.
Tofiq müəllim Rüstəmə nəsihət edir və tövsiyələr verir. Sizcə, bu
zaman onda hansı jest və mimikalar müşahidə ediləcək? Nitqinin
tempi necə olacaq? Deyilənləri canlandırmağa çalışın.
10.
Mətndəki əsas fikri müəyyən edin.
Vərdişin nə olduğu barədə düşünmüşsünüzmü?
Azərbaycan dilinin izahlı lüğətində vərdiş sözünün mənası
belə izah edilir: təcrübə, təkrarlama və çox işləmək
nəticəsində əldə edilən iş bacarığı, insanın öz həyatının
müəyyən dövründə öyrəndiyi, adət etdiyi nə isə.
Demək, vərdiş tez-tez təkrarlanan bir hərəkətdir.
Deyirlər ki, bütün uğurlu insanların həyat hekayələrinə
nəzər salınsa, onların daim sadiq qaldıqları və dəyişilməyən
vərdişlərə sahib olduqlarını müşahidə etmək olar. Bu
vərdişlər, əsasən, aşağıdakılardır:
hər gün erkən saatlarda oyanmaq;
hər hansı bir idman növü ilə məşğul olmaq;
hər gün kitab oxumaq;
hər gün uğurlu olmaq istədikləri mövzu üzərində
saatlarla çalışmaq;
bacaracaqlarına inam.
Vərdişlər həyatımızın daha da yaxşı olmağına kömək edir. Lakin bunu
bütün vərdiş-
lərə aid etmək olmaz. Onlar faydalı və zərərli
olur.
Bildikləriniz əsasında cədvəlləri tamamlayın. Bu cədvəlləri
tamamladıqdan sonra siz
hansı vərdişlərinizin xeyirli, hansının zərərli olduğunu
biləcəksiniz.
Cədvəl 1
Faydalı vərdişlər |
Zərərli vərdişlər |
|
|
Cədvəl 2
Mənim vərdişlərim |
Müsbətdir |
Mənfidir |
|
|
|