Kitabxana üçün otaq almaq çətin olmadı. (Direktor, drektor) boş və təmirsiz bir otağı məktəb kitabxanası üçün ayırdı. Tofiq müəllim otağın təmiri ilə özü məşğul oldu. Bu işə 11-ci sinif şagirdlərini də cəlb etdi. Məktəbin (ambarından, anbarından) götürülmüş masalar, oturacaqlar da təmir edildi. Tofiq müəllim rəfləri də bir-bir öz əlləri ilə hazırladı. Evindən gətirdiyi kitabları və köhnə məktəb kitabxanasının bütün kitablarını bir-bir təmizlədikdən sonra səliqəli şəkildə rəflərə yığdı.