— Bilmirəm, adi bir quş idi. Tam görmədim, sadəcə, dimdiyini gör-
düm.
— Dimdiyi necə idi?
— Nə bilim, diqqət etmədim.
— Çox nahaq. Əgər o quşun dimdiyinə diqqətlə baxsaydın, indi
harada olduğumuzu bilərdik.
— Dimdik kiçik bir şeydir. Ona baxıb harada olduğumuzu necə
müəyyən
edə bilərsən ki?
— Mətin, baxıb qiymətləndirməyi bilən-
lər üçün dünyada kiçik bir şey yoxdur.
Cəsurun bu fikrinə
münasibət bildirin.
Əgər quşun dimdiyi uzundursa, bu
bizim şimal-şərqdəki ərazidə oldu-
ğumuzu göstərir.
Çünki uzun dim-
dikli quşlar suyun dibindəki qurd-
ları yeyirlər.
Qısa, incə və sivri dimdik quşların
ağac qabığındakı böcəkləri yedi-
yini göstərir.
Demək biz cənub-
dakı meşəlik tərəfdəyik.
Əyri və çarpaz dimdik quşların şam
qozaları ilə qidalandığını göstərir.
Bu, qərbdəki şamlıq ərazidə oldu-
ğumuzu göstərir.
Dimdik qısa, qalın və güclüdürsə,
demək quşlar dimdikləri ilə toxum-
ların və çəyirdəklərin sərt qabıq-
larını qırırlar .
Demək, biz şimal-
qərb bölgəsindəyik.
Harada olduğumuzu bilməyimiz ...
Sizcə, Mətin fikrini necə tamamlayacaq?
Mətanət Kərimova
Bilmək hər şeyi dəyişir.