Məncə, (h,x)əyatda xəyala dalmaq zövqlü işdir. Kitablar xəyal gücünü və tə(x,h)əyyülü inkişaf etdirmək üçün çox təsirli vasitədir. Kitab oxumaq xəyalları qidalandırır. Bəzən oxuyarkən özümüzü kitabdakı personajların yerinə qoyuruq. Qə(x,h)rəman əsgər, polis, sərhədçi olur, çətin vəziyyətdən çıxış yolu tapırıq. Bəzən də kəşf və ya fəth edirik. Bəzən isə oxuduqlarımız bizə yol göstərir.
Dostlar, sizə maraqlı bir hekayə danışmaq istəyirəm.
Bir gün quldurlar Cəsur və Mətin adlı iki qardaşı qaçırırlar. Onların gözlərini bağlayıb uzun yol gedirlər. Sonra qardaşları daşla hörülü otaqda həbs edirlər. Otağın kiçik pəncərəsindən yalnız göy üzünü seyr etmək mümkün idi. Qardaşlar harada olduqlarını bilmirdilər.
Cəsur çox yorulduğuna görə bir az keçməmiş yu(x,h)uya getdi. Mətin isə həm onu qorumaq, həm də olacaqlardan (h,x)əbərdar olmaq üçün ayıq qaldı.
Bir müddət sonra yuxudan oyanan Cəsur Mətinə:
— Mən yatarkən nələr oldu? — deyə soruşdu.
Mətin heç bir hadisənin baş vermədiyini bildirdi. Cəsur Mətinin cavabına qane olmadı:
— Yatdığım müddətdə heç bir şey görüb eşitmədin? — deyə soruşdu.
— Yox! — deyə Mətin cavab verir. Sadəcə, pəncərəyə bir quş qonmuşdu.
Cəsur həyəcanla Mətindən soruşdu:
— Necə quş idi?