Müdriklərdən biri deyib ki,
Kitab oxumaq həvəsi və vərdişi ailə, məktəb və ətraf mühitdən qaynaqlanır. Mütaliə etmək insanın sağlamlığı üçün olduqca faydalıdır. Bədənin hərəkəti orqanların düzgün çalışması üçün nə?qədər önəmlidirsə, mütaliə etmək də beynin fəaliyyəti üçün o qədər əhəmiyyətlidir. Mütaliə zamanı insan yalnız informasiya qəbul etmir. O həmin informasiyanı emal edir, düşünür, təhlil edir, nəticə çıxarır.
Hər yaşın öz səviyyəsinə və mənəvi tələbatına görə mütaliə imkanları vardır. Mütaliə vasitəsilə yeni bilgilər əldə edilir. Uşaqlar özləri oxuya bilənə qədər nağılları şifahi eşidir, cizgi filmlərini seyr edir, elektron vasitələrlə müxtəlif intellektual oyunlar oynayırlar. Oxuyub yaza bildikdən sonra artıq sərbəst ədəbiyyat seçmək və mütaliə etmək imkanı qazanırlar.
Bədii ədəbiyyatın mütaliəsi uşaqların dünya?görüşünü genişləndirir, söz ehtiyatını zənginləşdirir. Oxunanların təhlili uşaqların təfəkkürünün, bədii zövqünün formalaşmasına, insani münasibətlərin, sosial dəyərlərin aşılanmasına təsir edir.
Mütaliə etmək həm də düzgün yazmaq, danışmaq, fikir ifadə etmək bacarığını formalaşdırır.