Müdriklər deyirlər ki, insan yaradıcılığının şah əsəri kitabdır.
Niyə məhz kitab?!
Çünki
əsrlər?arası əlaqəni
ilkin
olaraq kitab yaradıb. Gil lövhələr, daş kitabələr, ağac qabıqları,
heyvan dəriləri, papiruslar üzərindəki yazılar ilk kitablardır.
Onlar bizi ulu keçmişlə bağlayan maraqlı, dəyərli və əvəzsiz
mirasdır.
Kitab əsrlər və nəsillər arasında ən etibarlı, informasiya baxımından ən dərin və zəngin ötürücü vasitədir. Bəşər övladının həyatı ardıcıl olaraq kitabda əks olunur: