MADDƏ 3. UŞAQLARIN ZƏRƏRLİ İNFORMASİYADAN
QORUNMASI SAHƏSİNDƏ ƏSAS PRİNSİPLƏR
3.0. Uşaqların zərərli informasiyadan qorunmasının
əsas prinsipləri aşağıdakılardır:
3.0.1. uşaqların mənafelərinin üstün tutulması,
onların
hüquq və azadlıqlarının təmin olunması;
3.0.2. uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz
olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını
təmin edən informasiya məhsullarının dövriyyəsinə
şəraitin yaradılması;
3.0.3. zorakılığın, qəddarlığın, narkotik vasitələrin
və
psixotrop maddələrin, alkoqollu və energetik içkilərin,
habelə tütün məmulatlarının, cəmiyyət
əleyhinə
davranışın, pornoqrafik xarakterli informasiyanın
təbliğinin yolverilməzliyi;
3.0.4. zərərli informasiya məhsullarının dövriyyəyə
daxil edilməsinin, o cümlədən informasiya
tex-
nologiyalarından
istifadə etməklə uşaqlara qarşı
törədilən hüquqpozmaların qarşısının alınması;
3.0.5. uşaqların zərərli informasiyadan qorunması
sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.
4.2. Uşaqlar arasında dövriyyəsi qadağan edilən
informasiyaya
aiddir:
4.2.1. zorakılığı və qəddarlığı təbliğ edən
informasiya;
4.2.2. cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri,
o cümlədən cinayətləri təbliğ edən informasiya;
4.2.3. uşaqların həyat və təhlükəsizliyinə potensial
təhlükə yaradan əməlləri təbliğ edən informasiya;
4.2.4. ailə institutunu nüfuzdan salan informasiya;
4.2.5. əxlaqdan kənar leksik (söyüş) məzmunlu
informasiya.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti