Şəkillərə diqqətlə baxın, orada nə təsvir edildiyinə
diqqət yetirin.
Şəkillərin üzərindəki açar sözləri oxuyun və
onların nə üçün verildiyini anlamağa çalışın.
Sözləri şəkillə əlaqələndirib cümlələr
qurun. Cümlələri qeyd edin.
Məkana diqqət yetirin və onu adlandırın (məsələn,
meşə, tala və s.).
Zamana diqqət yetirin və onu adlandırın (məsələn,
gecə, günorta, səhər, payız, yaz və s.).
Obrazların üz cizgilərinə, hərəkətlərinə və s. diqqət
yetirin. Onları adlandırın.
Hekayə tərtib etmək üçün cümlələri əlaqələndirin.
Hekayənizdə dialoqlardan istifadə edin.
Hekayənizi müzakirə edin.