Növbəti döyüş əmri verilmişdi. Qarşıda mühüm strateji yüksəklik vardı. Tanklar irəlidə idi. Piyada qüvvələr isə onların arxasınca gedirdi. Döyüşün qızğın çağı idi. Atılan topların gurultusundan, partlayan mərmilərin səsindən, pulemyotların şaqqıltısından qulaq tutulurdu. Hər tərəf tüstü içində idi. Ölümdən qorxmayan igid oğullarımız “Təki Vətən sağ olsun“, - deyərək irəli atılmışdılar. Onlar yeni qələbənin imzasını atmağa, üçrən(k,g)li bayrağımızı irəlidəki yüksəkliyə sancmağa çox yaxın idilər.
24 yaşlı Samir də bu igid oğullardan biri idi. Bu gənc leytenant döyüşlərdə bacarığı, qorxmazlığı və təvazökarlığı ilə döyüşçü yoldaşları arasında hörmət qazanmışdı. Tabeliyində olan piyada qüvvələrindən ibarət şəxsi heyəti itkilərə yol vermədən döyüş meydanından sağ-salamat çıxarmaq üçün bütün qüvvəsini səfərbər etmişdi.
Növbəti güclü partlayışdan yer-göy lərzəyə gəldi. Mərmilərdən biri lap yaxınlıqda partladı. Düşmənin artilleriya atəşi nəticəsində irəlidə gedən tanklardan biri alışıb yanmağa başladı. Samir də yaralandı. Vəziyyət son dərəcə gərgin idi. Hər saniyə mərd döyüşçülərimizin əksinə işləyirdi.
Partlayışın olma ehtimalı var idi. Əgər tank partlasaydı, şəxsi heyəti də məhv edə bilərdi. Vaxt itirmək olmazdı. Qərar vermək lazım idi.
Samir yaralı olmasına baxmayaraq, özünü itirmədi:
- Uşaqlar, cəld olun. Tez bayıra çıxın.
Artilleriya mərmilərinin atəşi altında ...
I. EHTİMALLARIM
|
II. ƏSLİNDƏ (FAKTLAR) |
---|---|
1. ... | 1. ... |
2. ... | 2. ... |
...Nəhayət ki, alov söndürüldü. Böyük bir itkinin qarşısı alındı. Bu işdə Samirlə yanaşı, onun rəhbərlik etdiyi şəxsi heyətin digər üzvləri də yaxından iştirak edirdi.
Samirin əllərinin içi yanmış və altı yerdən qəlpə yarası almışdı. Lakin yaralı olduğunu gizlətmiş, daha iki gün döyüşmüşdü. O, huşunu itirib yıxıldıqdan sonra silahdaşları onun yaralandığını başa düşmüşdülər.
...Samirin yarası hələ tam sağalmamışdı. Xəstəxanada yatdığını valideynləri də bilmirdi. O, xəstəxanadan çıxdı və yenidən döyüş bölgəsinə qayıtdı.