10.
Bunlardan biri büst sözünün izahıdır:
BÜST
tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı,
qorunduğu yer
heykəltaraşlıqda insan fiqurunun yuxarı hissə-
sinin təsviri
bərk və ya plastik materialdan hazırlanan
həcmli formaya malik fiqurlar
“Əzim Əzimzadə”
Azərbaycan rəssamı, heykəltaraşı Zivər Məmmədova
11
Mətnin üçüncü abzasında o əvəzliyindən sonra vergülün düzgün
qoyulub-qoyulmadığını müəyyən edin. Həmin sözə sual verin.
12.
Mətndə tünd şriftlə verilmiş cümlələrə diqqət yetirin.
Kim? və nə etmişdir? sualına cavab verən sözləri
seçin. Onların bir-biri ilə əlaqələnməsinə diqqət yetirin.
CÜMLƏ ÜZVLƏRİNİN NÖVLƏRİ
Cümlə üzvləri iki yerə bölünür: baş və
ikinci dərəcəli üzvlər.
Mübtəda və xəbər cümlənin baş üzvləridir. Mübtəda
kim?, nə?, hara?; xəbər
nə etdi?, nə edəcək?, nə olacaq?, kimdir?, nədir?
və s. suallardan birinə cavab olur.
Məsələn:
Mən (kim?) 8-ci sinifdə oxuyuram. (nə edirəm?)
Siz (kim?) hansı rəssamları tanıyırsınız?
(nə edirsiniz?)
Sevinc (kim?) müəllimdir. (kimdir?)
Kitab (nə?) maraqlıdır. (necədir?)
13.
Mən, sən, o, biz, siz, onlar əvəzliklərinə feillər
artırmaqla
cümlələr qurun. Şəxs sonluqlarına diqqət yetirin.