CÜMLƏ ÜZVLƏRİ
Söz və söz birləşmələrinin cümlədə digər sözlərlə məna əlaqəsi
olur. Məsələn:
Uşaq oxuyur cümləsində əşya ilə onun hərəkəti,
ağıllı uşaq birləşməsində əşya ilə onun keyfiyyəti
arasında məna əlaqəsi vardır.
Söz və söz birləşmələri qrammatik cəhətdən əlaqəyə girir,
suala cavab verərək cümlə üzvü olur.
Məsələn:
Hər hansı bir sözün cümlə üzvü olması üçün müstəqil leksik
mənaya malik olması, müəyyən suala cavab verməsi və cümlədəki
sözlərlə sintaktik əlaqəyə girməsi vacibdir.