12.
Mətn üçün açar söz seçin və seçiminizi əsaslandırın.
13.
Müəllifin Azərbaycan vətəndaşına aid etdiyi müsbət xüsusiyyət
bildirən
sözləri seçin və onların mənasını izah edin.
14.
Nümunə əsasında verilmiş sözlərə müvafiq ifadələr artırın.
15.
Çalış feilini aşağıdakı mənalarda cümlədə işlədin.
- fəaliyyət göstərmək
-
nəyi isə əldə etmək üçün əmək sərf etmək, səy göstərmək
- zəhmət çəkmək
-
öz biliyini, dünyagörüşünü artırmaq üçün müntəzəm məşğul
olmaq
16.
Mətndə müraciət bildirən hansı söz işlənmişdir?
17.
Əgər şeirə müraciət bildirən söz artırsa idiniz, hansı nitq
hissəsinə aid sözdən (sözlərdən) istifadə edərdiniz?
18.
Vurğunun nə olduğunu xatırlayın. İlk üç misrada sözlərin
vurğusunu deyin.
(İstədiyiniz misranı da seçə bilərsiniz.)
19.
Mətndə hansı söz digərlərinə nisbətən daha vurğulu və qüvvətli
səslənir?