Qulluqdan başlayır insan övladının vəzifələri...
Ana-ata qarşısındakı vəzifən
və bir də vətən qarşısındakı vəzifən.
...vəzifən çox ağır, həm də çox
məsuli...ətli:
Ata-ana haqqı,
Vətən haqqı, Vətəndaş haqqı,
milyonlarla insan haqqı.
Diqqətli ol!
Səbirli ol!
Dəyanətli ol
və ən əsası - səmimi və sədaqətli ol!
Unutma, həm də əmin ol:
Bu vətən sənə əmanət!
Qoru - canın, malın, bütün varlığın bahasına qoru!
Qoru - rəşadətinlə, qeyrətinlə, sevginlə,
Qoru - Vətəni qoru, gecə-gündüz hər an qoru.
Bu vətən torpağı sənə əmanət,
Qoru bu torpağı, heç bir qarşılıq gözləmədən,
Borcun olduğu üçün qoru,
Borclu olduğun üçün qoru.
Qoru bu vətəni, vətəndaşı olduğun üçün.
Vətəndaş! Nə gözəl səslənir bu söz!
Daş ol, torpaq ol, qaya ol,
amma bu vətənin ol, başqasının olma!
Vətəndaş - Vətən və Sən - yəni iki canda bir ürək.
Çırpın, döyün,
Çalış, sevdir bu Vətəni hər kəsə...
Çalış, vuruş gecə-gündüz
Vətəndaşlıq haqqını ödəmək üçün,
Vətən borcunu vermək üçün.
Özünü unut!
Amma Vətəndaş olduğunu unutma!
Gör necə səslənir bu gözəl söz:
Vətəndaş!
Şərəfindir, lə...aqətindir
bu ad Sənə,
Üçrəngli bayrağınla qaldır
yüksəkli...ə bu adı,
Azərbaycan Vətəndaşı!
Dalğalandıqca bayrağın qürurla,
Səslən hər kəsə: “Vətəndaşıyam Azərbaycanın!”.
Sevginlə,
səmimi...ətinlə ödə
Vətəndaşlıq haqqını,
Qe...rətinlə, şücaətinlə ödə
bu Torpağın haqqını!
M.Mirbəşiroğlu