Aynabənd evlərin eyvanı sərin,
Yuyunur qoynunda al şəfəqlərin.
Hər batan axşamın, doğan səhərin
Hüsnü salamlayır al pəncərəni,
Səadət ilhama çağırır məni!
Şirvanda sayrışır bağlar?bağatlar,
Şənliklər yanında kişnəşir atlar,
Axır qoşun?qoşun
ellər, elatlar,
Əlilə kəşf edir hər dəfinəni,
Bu sənət ilhama çağırır məni!
Muğana su gəlir, Milə su gəlir,
Axışıb öz
eli, ulusu gəlir...
Torpağa insanın arzusu gəlir,
Bağrıma basıram ana Vətəni,
Bu ülfət ilhama çağırır məni!
Səməd Vurğun
MƏTNİN OXUSUNDAN SONRA:
Şeirin məzmunu ilə epiqraf arasında
uyğunluq gördünüzmü?