Biri var idi, biri yox idi, öz əlinin zəhməti ilə çörəyini qazanan Etibar adında bir kişi var idi. Bu kişinin gülər?üz, mehriban arvadı, bir?birindən xırda on iki balası var idi. Etibar kişi hər səhər gün çıxmamışdan yerindən durub yer şumlar, taxıl əkər, sulayar, alnının tərini tökə?tökə qızmar yayda biçin biçər, xırman döyərdi. Bu ağır zəhmətlə başa gələn çörəyin də qədir?qiymətini, hörmətini yaxşı bilərdi. Bir dəni çöldə qoymaz, bir tikə çörəyin ayaq altına düşməsinə razı olmazdı. Odur ki bərəkət də ondan qaçmaz, nemət başından yağardı.
Günlərin birində padşah ovdan qayıdanda yolu Etibar kişinin evinin yanından düşdü. Gördü ki, səliqə?sahmanlı həyətdə bir dəstə uşaq oynayır. Hamısı da böyüklü?kiçikli bir-birinə oxşayır. Hamısının da yanağından qan damır. Elə bil ölkədəki qıtlıqdan heç bunların xəbəri yoxdur. Şah soruşdu:
- Bu ev kimindir, bu külfət, bu colma-cocuq kimindir?
- Cütçü Etibar kişinin həyətidir. On iki də xırda-xırda uşağı var.
Şahı heyrət götürdü:
- Yaxşı, o bu külfəti necə dolandırır? Yəqin, ata-babasından ona çoxlu qızıl-gümüş qalıb.
Şah danışdıqca onun ağıllı vəziri həyətə, burada oynayan uşaqlara göz qoyurdu. O, söhbətə qarışdı:
- Bunun bircə sirri var. Mən, deyəsən, o sirri tapmışam. Bu evdə çörəyə hörmət var. Bir baxın, o qədər uşaq olan həyətdə ...