XVIII əsrdə Şuşa şəhəri Azər-
baycanın ən mühüm şəhərlərin-
dən
birinə çevrilmişdi. XIX əsrin
sonu və XX əsrin əvvəllərində Şuşa
Qafqazın musiqi mərkəzinə çevril-
mişdi. Şuşanı "Kiçik Paris",
"Qafqazın
sənət məbədi", "Azərbaycan musiqisinin
beşiyi" və "Zaqafqaziyanın konservatori-
yası" adlandırırdılar.
Şuşa Qarabağın gözəl guşələrindən biridir.
Şəhər strateji baxımdan əlverişli yerdə yerləşir.
Azərbaycana qarşı başladığı hərbi təcavüz
nəticəsində Ermənistan Respublikası
1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş
və şəhərdə xalqımızın tarixi-mədəni irsinin
məhv edilməsi siyasətini həyata keçirmişdir.
Şuşa şəhəri 8 noyabr 2020-ci ildə Azərbaycan
Silahlı Qüvvələri tərəfindən işğaldan
azad edilmişdir. Şuşanın azad edilməsi üçün
qəhrəman igidlərimiz qayalıqlardan dırmaşaraq
şəhərə daxil olmuş və əlbəyaxa döyüşlərdə
düşməni məhv edərək şəhər-qalanı
azad etmişlər.
7 may 2021-ci il tarixdə Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə Şuşa şəhəri Azər-
baycanın
mədəniyyət paytaxtı elan edilmişdir.
Bu sərəncamdan sonra Şuşada bir sıra tədbirlər ke-
çirilmişdir.
Dünya Azərbaycanlılarının V Qurultayı,
“Xarıbülbül festivalı”, Muğam müsabiqəsinin final
mərhələsi bu tədbirlərə nümunədir.
“Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya
Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurul-
tayın
adı "Zəfər qurultayı"dır və bu, təbiidir. Çünki
tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbay-
canlıları
toplaşır, qurultay keçirir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev