1. Hava müxtəlif qazların qarışığından ibarətdir. 2. Havada həm təbii, həm də insanların fəaliyyəti nəticəsində yaranan çirkli maddələr vardır.
3. Həyat və yaşayış olan tək planet Yerdir. 4. Çünki burada hava vardır.
5.Havanın çirklənməsi, suyun çirklənməsi, ətraf mühitin çirklənməsi, torpağın çirklənməsi, dənizin çirklənməsi özü ilə mühüm və böyük problemlər gətirə bilər.
6. Hava insanın nəfəs alması və yaşaması üçün mütləqdir. 7. Lakin təmiz hava insanın sağlamlığının qarantıdır.
Təmiz hava uşaqlar üçün daha vacibdir. Çünki onların qəbul etdikləri havanın həcmi böyüklərə nisbətən daha çoxdur. Deməli, hava təmiz olmazsa, zərərli maddələrin uşaq orqanizmində toplanması ehtimalı daha çoxdur.
Havada bərk, maye və ya qaz halında olan yad maddələr normadan çox olduqda insan sağlamlığına, yaşayışına, həyatına və bütün ekoloji tarazlığa zərər verir. Hava təbəqəsi istehsal zamanı yaranan tullantılarla da çirklənir. Təbii ki, bu, Yer üzündəki bütün canlıların həyatı üçün ciddi təhlükə yaradır. Havada zərərli maddələrin toplanması atmosferin çirklənməsinə səbəb olur.