İzahedici sözləri müəyyən edin və tire işarələrini qoyun.
1. Doğma məktəb xəyalımı çox-çox uzaqlara orta məktəb
illərinə apardı. 2. O, ayağını irəliyə buzla örtülmüş
səkiyə atmağa qorxurdu. 3. Bura bizim doğma
vətənimizdir Azərbaycandır. 4. Hacıleylək həmişə
hündürlükdə ağacların üstündə yuva qurur. 5. Hacı
Zeynalabdin Tağıyevin məzarı yaşadığı yerdə Bakının Mərdəkan
qəsəbəsindədir. 6. Azərbaycanda ilk operanın “Leyli və
Məcnun”un müəllifi Üzeyir Hacıbəylidir. 7. Azərbaycan
dili ilk dəfə XVI əsrdə Xətainin dövründə dövlət dili
səviyyəsinə qalxmışdır. 8. Azərbaycanda əhalinin 90
faizdən çoxunu təşkil edən azərbaycanlılarla Azərbaycan
türkləri ilə yanaşı,
talış ləzgi ingiloy avar saxur yəhudi udinlər
xınalıqlılar və digər milli və etnik azlıqlar əsrlər boyu
yanaşı yaşamışdır.
Altından xətt çəkilmiş sözlərdə hansı durğu işarəsindən
istifadə olunmalıdır? Niyə?
20.
Lüğət üzrə imla yazın. Sözlərdə bir, yoxsa iki “y” samitinin
yazılacağını müəyyən edin.