1. Bu Azərbaycan muğamıdır. Bu muğam Azərbaycan xalqına məxsusdur. 2. O “Bayatı-İsfahan” muğamını həvəslə çaldı. O muğam “Bayatı-Şiraz”dır. 3. Tarixçi multikultural dəyərlər mövzusunda çıxış etdi. O Azərbaycanı tolerant ölkə kimi qiymətləndirdi. 4. O da məruzəçi kimi çıxış etmək istəyirdi. Bu məruzə çox maraqlı idi. 5. O tez kitabı açdı, lazım olan məlumatları oxudu. Bu kitabda lazımi məlumatlar çox idi. 6. Böyüklər gələndə ayağa qalxmaq lazımdır. Bu azərbaycanlıların milli adətidir. 7. O Azərbaycanı işıqlı gələcəyə aparmaq üçün böyük tədbirlərin həyata keçməsinə başçılıq edirdi.