Verilmiş cümlələrdə tərzi-hərəkət zərfliklərinin ifadə
vasitələrini tapın və hansı cümlə üzvü ilə əlaqələndiyini deyin.
1. Xoşbəxtliyə nail olmaq üçün xalqa xidmət etmək və
insanlara məhəbbətlə yanaşmaq lazımdır. ( Demosfen )
2. Özündən böyüklərə hörmətlə yanaş ki, sənə də o cür
yanaşsınlar. 3. Bahar heyrətlə ətrafa baxır, gördüklərinə
inanmaq istəmirdi. ( M. Cəlal ) 4. İndi bütün bunları
xatırlayır, hıçqıra-hıçqıra ağlayırdı. ( Varis ) 5.
Teymur başındakı dözülməz ağrıya əhəmiyyət vermədən gedir,
evlərinə çatmağa tələsirdi. ( H.Seyidbəyli )
-
Qüvvətli və qüvvətlə, heyrətli və heyrətlə sözlərinin
qrammatik cəhətdən fərqini izah edin. Fikirlərinizi
əsaslandırın.
- Hansı cümlədə tərzi-hərəkət zərfliyi olmadı?