Bu, çoxdankı əhvalatdır. Bir şotland fermeri bataqlığın yanından keçərək evə qayıdırdı. Birdən o kiminsə kömək çağırışlarını eşidir. Fermer dərhal kömək üçün səs gələn tərəfə qaçır və batan bir oğlan uşağını görür. Oğlan bataqlığın ölüm saçan ağırlığından xilas olmağa çalışır, lakin bu çapalama onu ölümə daha çox yaxınlaşdırırdı. Oğlan qorxu və ümidsizlik içində qışqırırdı. Fermer tez bir qalın ağac budağı tapıb ehtiyatla ora yaxınlaşır və ağacı batan oğlana uzadır. Oğlan təhlükəsiz yerə çıxır. O, soyuqdan və həyəcandan əsir, göz yaşlarını saxlaya bilmirdi. Lakin əsas bu idi ki, o, xilas olmuşdu!
- Bizə gedək, - deyə fermer ona təklif etdi. - Sən sakitləşməli, paltarını qurutmalı, isinməlisən.
- Yox, yox, - oğlan dedi, - atam məni gözləyir. O, yəqin,
çox
narahatdır.
Minnətdarlıq ifadə edən gözlərlə öz xilaskarına baxan oğlan
təşəkkür edib evlərinə gedir...
(Səhər, sabah) tezdən fermer onun qapısına bir gözəl karetanın yaxınlaşdığını gördü. Karetadan çox şıq və bahalı geyimli bir centlmen çıxıb ona sualla müraciət etdi: