Qaranquş ikinci mərtəbədə yaşayan və pəncərəsi küçəyə baxan bir adamla dost olmaq istəyirdi. Bir gün bütün cəsarətini toplayıb onun pəncərəsinin qarşısına qondu. Dərin bir nəfəs aldıqdan sonra pəncərənin şüşəsini döyməyə başladı: tıq... tıq... tıq...
Adam bərk məş(...)ul idi. Səsi eşidib pəncərəyə yaxınlaşdı. Qaranquşu gördü. Qaranquş həyəcanla: “Ey insan, mən səninlə dost olmaq istəyirəm. Nə olar, məni içəri burax”, - dedi. Adam isə əsəbiliklə: “Sən haradan çıxdın, bircə sən çatmırdın. Heç quşdan da insana dost olar?” - deyə cavab verdi. Qaranquş məyus oldu. Ancaq ruhdan düşmədi: “Ey insan, pəncərəni aç, məni içəri burax. Sənə sirdaş olaram. Səni darıxmağa qoymaram”. Adam isə çox inadkar idi: “Boş yerə özünü yorma. Səni içəri buraxa bilmərəm”. Balaca qaranquş fikrindən dönmək istəmirdi: “Bir bax, havalar soyumağa başlayır, burada üşüyürəm. Məni içəri burax, yoxsa soyuqdan dona bilərəm. Çünki mən ancaq isti ölkələrdə yaşayıram. Peşman olmazsan. Görürəm, sən də təksən, mənimlə tənhalığını unudarsan...”
Bəzən insanlar həqiqəti eşitməyi sevmirlər. Odur ki qaranquşun son sözü adamı özündən çıxardı, hirslə: “Mən tənhalı(...)ımdan razıyam”, - deyərək quşu qovdu. Qaranquş adamın inadkarlığından əl çəkmək istəmədiyini görüb uçub getdi...
Nəhayət, yaz gəldi. Qaranquşlar köhnə yuvalarına qayıtdılar. Ancaq onun axtardığı quş hələ də gözə dəymirdi. Yaz qurtarana qədər pəncərəsini açıq qoydu. Ancaq nə fayda?
Aradan xeyli vaxt keçmişdi. Bir gün qaranquş adamın yadına düşdü. Düşündü... düşündü... Nəhayət, öz-özünə: “Ey ağılsız insan, gör sən nə qədər düşüncəsizsən. Belə gözəl fürsəti əldən buraxdın. Niyə onun təklifini qəbul etmədin? İndi oturub düşünməkdənsə, onunla yaxşı vaxt keçirərdin”, - dedi. Adam peşman olmuşdu, ancaq iş-işdən keçmişdi. Sonra öz-özünə təskinlik verməyə başladı: “Havalar qızanda mənim qaranquşum da uçub gələr. Mən də onu içəri buraxaram, bir yerdə xoşbəxt yaşayarıq”. Oturub havaların qızmağını gözləməyə başladı.
Qaranquş hələ də yox idi. Axırda dözmədi və dünyagörmüş bir qocaya dərdini açdı. Qoca onu dinlədi, sonra da bir kəlmə ilə: “Qaranquşların ömrü 6 aydır”, - dedi...