2.
Çatlaq səhəngin keçirdiyi hisslərə münasibət bildirin.
3.
Xidmətçinin cavabı sizdə hansı təəssürat yaratdı? Bəs siz
xidmətçinin yerində olsa idiniz, hansı cavabı verərdiniz?
4.
Mətndəki əsas fikri müəyyənləşdirin.
5.
Mətnin giriş hissəsi ilə bağlı fikirlərdən hansı doğrudur?
A) Giriş hissə bir cümlədən ibarətdir.
B) Xidmətçi və onun gördüyü iş barədə məlumat verilir.
C) Əsas hissə ilə əlaqələnmir.
D) Giriş hissədən nəticənin necə olacağı anlaşılır.
E) Xidmətçinin sahibi haqqında məlumat verilir.
6.
Hekayənin adına münasibət bildirin. Onu müvafiq atalar sözü
ilə əvəz edib fikrinizi əsaslandırın.
7.
Xidmətçinin sözləri ilə “Duyğular adası” mətnindəki Bilginin
sözlərini müqayisə edin. Siz bu barədə nə düşünürsünüz? Əgər
insanlar arasında sevgi olmasa, nə baş verər? Hər iki mətndən
istifadə edib öz fikirlərinizi əlavə etməklə fikir mübadiləsi
aparın.
“Çatışmayan cəhəti üzə vurmaq
ədəbsizlikdir”.