1.
Sizcə, Sevgi niyə son ana qədər adanı tərk etmək istəmirdi?
3.
Mətndəki obrazlara münasibət bildirin. Onlara verilən adlarla
hərəkətləri arasındakı əlaqəni müəyyənləşdirin.
4.
Mətndə təsvir edilən obrazların xarakterində olan insanlara
həyatda rast gəlmişsinizmi? Onlara münasibətiniz necə olub?
5.
Mətni oxuyub hansı nəticəyə gəldiniz? Fikirlərinizi söylənən
rəylərə əsasən ümumiləşdirin.
6.
Mətnin tərkib hissələrinin hər birini 1-2 cümlə ilə ifadə
edin.
7.
Mətnin əsas hissəsi ilə bağlı fikirlərdən hansı doğrudur?
A) Əsas hissə təhkiyə şəklindədir.
B) Obrazların daxili aləmi bu hissədə açılır.
C) Mətndəki əsas fikir bu hissədə müəyyən edilir.
D) Əsas hissə Sevginin Zənginliyə müraciət etməsi ilə
başlayır.
E) Əsas hissə obrazların adada yaşamasının təsviri ilə
başlayır.
8.
Bu suallardan birinə mətndə cavab tapmaq olmaz.
A) Zaman nə üçün Sevgini xilas edir?
B) Sevgi və digər obrazlar niyə məhz adada yaşayır?
C) Digər obrazların bəhanəsinə səbəb nə idi?
D) Ada nə üçün batırdı?
E) Hansı obraz Sevginin səsini eşitmədi?