Azərbaycanda qədim ( qurğular, geniş, yayılmaq, bir, növ) kurqanlardır.
(Tədqiqatçı) Kiçik Qafqazın ətəklərini, haqlı olaraq, “kurqanlar bölgəsi və kurqanlı çöllər” (adlandırmaq). Abşeron ərazisində e.ə. III—II minilliklərə aid çoxlu sayda (kurqan, var). Onlar Dübəndidə, Türkan kəndləri yaxınlığında və (Abşeron, yarımada, quzey, sahil) digər (sahə, aşkar edilmək). (Goranboy, rayon, ərazi) kurqanlarla çox zəngindir. Burada Şadlı kəndi yaxınlığındakı düzənlikdə böyük və kiçik (süni, təpəcik, ibarət) geniş kurqan sahəsi mövcuddur.
İnsan zəkası inkişaf etdikcə tağbəndli məbədlər, təmtəraqlı imarətlər, uca göydələnlər bütün dünyanı tutdu. Obalar, şenliklər (abad yaşayış yeri) şəhərlərə çevrildi, əlçatmaz, ünyetməz buzlaqlar diyarına da, göylərindən od yağan səhralara da iz düşdü, yol açıldı. Bir vaxt gildən, kərpicdən, daşdan qurub-yaradan memarlar sürət və texnika əsrinin bütün imkanlarından istifadə etmək üçün yeni, müasir materiallara əl atdılar: beton, şüşə, plastika, metal...
Amerikanın, Avropanın iri şəhərlərində dəbdə olan ən müasir memarlıq üslubu sayılan Haytek üslubunda beton, şüşə, plastika və metaldan yaranan memarlıq əsərləri son dərəcə qeyri-adidir.
Londondakı Lloyds binasının inşası səkkiz il davam etmişdir. Bina 1986-cı ildə istifadəyə verilmişdir. Bu binanın müəllifi Haytek üslubunun əsasını yaradan memarlardan biri Riçard Rocersdir.