- İstanbulda iki qitəni birləşdirən körpüyə, Peterburqun bəyaz
gecələrində gəmi kar-
vanlarını okeana yola salan asma körpülərə baxanda az qalıram
ki, mən də körpü salam.
- Hansını deyəsən? Kərpic memarlığının incisi sayılan
Naxçıvan-Bərdə abidələri,
Bakı-Şirvan memarlıq kompleksləri, Şəki-Şirvan sarayları,
adicə çay daşından ucal-
dılmış Gəncə-Ordubad imarətləri, karvansaralar,
ovdanlar...
- Hələ müasir tikililər. Onlar nə qədər gözəldir! Bu gün Bakıya gələn turistlər bu şəhərin qeyri-adi gözəlliyindən heyranlıqla danışırlar.
- Görürsən, Bakımız gündən-günə necə gözəlləşir?
- Elədir. Müasir tikililər şəhərə xüsusi gözəllik verir.
- Tarixin şahidi olan memarlıq abidələri müasir tikililərlə
bir harmoniya yaradır, ta-
rixlə müasirliyi əlaqələndirir. Hələ işğaldan azad edilmiş
Qarabağ ərazisində - Zəngi-
landa, Füzulidə, Laçında gedən quruculuq işləri...
Yaxın illərdə buralar, yəqin ki,
cənnətə çevriləcək.
- Məncə, sabahın şəhərlərini yaradan memarların yalnız bir fəlsəfəsi var: təki insanlar rahat yaşasınlar, təki insanlar gözəllikdən zövq alsınlar.
- Hər daşında bir hikmət gizlənən, hər daşında tarixlərin nişanını yaşadan Azərbaycan memarlıq nümunələri xalqımızın nəyə qadir olduğuna əyani sübutdur.
- Türk şairi Nazim Hikmət Azərbaycanda olarkən demişdir: “Bu
xalqın nəyə qadir ol-
duğunu bilmək üçün baş sındırmayın, təkcə memarlıq abidələrinə
baxsanız, bəs edər”.
Əmir Teymurun saray salnaməçisi Şərafiddin əl Yəzidi
“Zəfərnamə” əsərində Səmər-
qənd saraylarını ucaldan azərbaycanlı ustaların yüksək
sənətkarlığından ürək dolusu da-
nışır və bu ustaların zorla Səmərqəndə aparıldığını qeyd edir.
- Orta əsr coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycana
qayıdarkən iti axarlı Ara-
zın üstündəki Diya-əl-Mülk körpüsünün möhtəşəmliyinə
heyran qalmış, bu yüksək
sənət əsərini “dünyanın yeddi möcüzəsindən biri”
adlandırmışdır.