Qəhrəmanım nənəmə: “Ana, sizi təbrik edirik, Şuşa alındı,
Şuşanın yüksəkliyinə çatmağımıza az qalıb”, - sözlərini yazmağa
macal tapmışdı.
Dostları Famil əmi və Fərid əmi də atamla birlikdə Şuşa
yüksəkliyinə qalxırdı. Birdən atam dönüb dostu Familin gözlərinə
diqqətlə baxdı. Sanki ona nə?isə deyəcəkdi. Gözlərindəki sevinc düşməni qartal kimi
caynağına almasının sevinci idi. Lakin qartal kimi Şuşa səmasına
da uçmaq arzusu var idi qəhrəmanımın.
Şuşa yüksəkliyinə çatıb oradan da daha yüksək zirvəyə ucalmağı
istəmişdi. O heç bir söz demədən təpəyə doğru qalxdı.
Çinara Köçarli
1.
Nə yaxşı ki, o, öncə mənim, sonra sizin qəhrəmanınız
olmuşdu!
cümləsində hansı fikir ifadə olunmuşdur?
2.
Sizcə, qəhrəman hansı yüksək zirvəyə ucalmaq arzusunda idi? Bu
zirvə nə üçün ən yüksək hesab olunur?
3.
Mətndəki hansı cümlələr hadisələrin Vətən müharibəsinə
(2020-ci il) aid olduğunu təsdiqləyir? Fikrinizi faktlarla
əsaslandırın.
4.
Sizcə, mətndəki qəhrəmanlarla bağlı hadisələr nə ilə
nəticələnəcək?
5.
Mətndəki faktlara əsasən 2-3 sual cümləsi tərtib edin və
yoldaşlarınıza həmin suallarla müraciət edin. Mətnə bildiyiniz
hansı faktları əlavə edərdiniz?
6.
“Mücrü” və “Şuşanın körpə qartalı” mətnlərinə əsasən
müharibənin törətdiyi fəlakətləri təqdim edin.
7.
Mətnə əsasən tərkib hissələrdə təsvir edilənləri
müəyyənləşdirin.
8.
Mətnlə bağlı hansı fikir düzdür?
A) Mətn dialoq əsasında qurulmuşdur.
B) Mətndə hadisələr sadə və anlaşıqlı dildə təsvir
edilmişdir.
C) Hadisələr axıcı və rəvan şəkildə təqdim edilmişdir.
D) Abzaslararası əlaqə yaratmaq üçün əlavə cümlələrə
ehtiyac vardır.
E) Mətnin nəticə hissəsi hadisələrin necə bitməsi
haqqında tam təsəvvür yaradır.