Aşağıdakı sxemi tamamlayıb fikirlərinizi izah edin.
Bu müqayisə sizə nə verdi?
3.
Müəllif şeirdə nə üçün oxucunun diqqətini ilk dərsliyin adına
cəlb edir?
4.
Şeirlə bağlı fikirlərdən biri yanlışdır:
A) Şeirdə ana dilinə böyük məhəbbət hiss olunur.
B) Ana dilinə xor baxanlar şair tərəfindən kəskin tənqid
olunur.
C) Şeirdə dilin mədəniyyətdən əvvəl yarandığı vurğulanır.
D) Dilin yaranma mənbəyi kimi müxtəlif obyektlər
göstərilir.
E) Dil xalqın tarixini özündə yaşadır.
5.
Şeirin üçüncü bəndinə əsasən demək olar:
A) Füzulinin “Leyli və Məcnun” əsərinin ana dilində
olmasına dolayısı yolla
işarə edilir.
B) Füzulinin müxtəlif dillərdə əsər yazmasına işarə
edilir.
C) Ana dili namus hesab edilir.
D) Dil tarixi qoruyub saxlayır.
E) Dil mədəniyyətin qoruyucusudur.
6.
Şeirin son bəndinə münasibət bildirin.
Ana dilində danışmağı özünə ar bilən ifadəsinin mənasını
izah edin. Belə insanlara rast gəlirsinizmi? Onlara
münasibətiniz necə olmuşdur?
7.
Sizcə, dilimizin tarix və mədəniyyətimizlə hansı əlaqəsi vardır?
Fikrinizi faktlarla əsaslandıraraq ümumiləşdirin.
8.
Sxem əsasında yoldaşlarınızla fikir mübadiləsi aparın.
Sizin nəzərinizdə
DİL
B.Vahabzadənin
təqdimatında
9.
Şeirin 4-cü bəndinə münasibət bildirin. Şair nə üçün dilimizi
yaradan vasitələr kimi məhz həmin məkan və obyektlərin adını
çəkir?
10.
Şeirdən aldığınız təəssürat əsasında bir cümlə ilə dilimizi vəsf
edin.