Azərbaycan xalqı bir çox dövlətlərin musiqi mədəniyyətinin inkişafında xidmətləri olmuş istedadlı sənətkarlar yetişdirmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin istedadlı nümayəndələrindən biri, respublikamızın Əməkdar artisti, adı İngiltərənin “Qrova”, Hollandiyanın “Avropa musiqisinin 400 illiyi” ensikl...pediyalarına daxil olmuş bəstəkar, skripkaçı, pedaqoq Fərhəng Hüseynov məhz belə sənətkarlardandır. Bakıda ziyalı ailəsində dünyaya gəlmiş F.Hüseynov dahi bəstəkarımız Qara Qarayevin diqqətini hələ Bülbül adına orta ixtisas musiqi məktəbinin yuxarı siniflərində təhsil alarkən cəlb etmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına skripka ifaçısı kimi daxil olan F.Hüseynov musiqi məktəbinin son sinfində bəstələdiyi fortepiano üçün sonatasını qəbul komissiyasına təqdim edir. Qara Qarayevin onun s...natasından çox xoşu gəlir. Ona bəstəkarlıq dərsi verməyə başlayır. Azərbaycan bəstəkarına dünya səviyyəsində yüksək qiymət verilmişdir. 1991-ci ildə Yaponiyada UNESKO-nun təşəbbüsü ilə “İpək yolu” Beynəlxalq simfonik musiqi müsabiqəsi keçirilir. Tədbir bir çox ölkələrin musiqiçiləri tərəfindən maraqla qarşılanır və müsabiqəyə 278 əsər göndərilir. Fərhəng Hüseynov bəstəkar kimi Yaponiyada keçirilən bu yarışmaya qatılır. Müsabiqəyə təqdim etdiyi 5 hissədən ibarət olan “Zaman üzrə səyahət” simfonik əsərinə görə üçüncü yeri qazanır. Müsabiqə təşkilatçıları Fərhəng Hüseynova diplomu təqdim edərkən “Yaponiya ilk dəfə Azərbaycanı Sizin simanızda tanıdı!” - deyirlər. F.Hüseynov Tokioya dəvət olunur. Bəstəkarı təbrik edən yapon şahzadəsi ona deyir: “Cavan oğlan, “Azərbaycan” sözü bu gün Sizin şəxsinizdə, ilk dəfədir ki, məmləkətimizdə dildən-dilə düşür. 1995-ci ildə 9 hissəli “Yer üzərində sülh olsun!” ...ratoriyasına görə yalnız F.Hüseynov Birləşmiş Millətlər Təşkilatının “Xüsusi mükafaf’ına layiq görülmüşdür. Qərargahı Nyu-Yorkda yerləşən və rəhbəri yaponlardan ibarət “Dünyada Sülh Naminə Barış Cəmiyyəti”nin menecer direktoru onun adına göndərdiyi məktubda (11 dekabr, 1995) yazır. “...Təqdim olunan bütün əsərləri gözəlliyinə görə və müsabiqə yeri baxımından diqqətlə təhlil etdikdən sonra nəticədə bu bəstələrin içərisində yeganə Xüsusi mükafatın Sizə verilməsi qərarına gəldik və Siz eyni zamanda Sülh Zirvəsi tituluna layiq görüldünüz...”