Qurban Səid imzasının yaranma tarixçəsi isə belədir: 1936-cı ildə Qurban bayramı günlərində M.Əsəd bəylə kitabxanada görüşərkən Ə.C.Məzhər ona ‘‘Qurban səid”, yəni “Qurban bayramınız mübarək!” - deyir. “Əsəd bəylə söhbət edən bir turist elə başa düşür ki, Ə. C.Məzhər özünü Qurban Səid kimi təqdim edir. Turist gülümsəyərək ona: “Sizinlə tanış olmağıma çox şadam, cənab Qurban Səid”, - deyir. Beləliklə, “Qurban Səid” Məzhərin məzəli adına çevrilir. Əsəd bəy ilk romanını çap etdirərkən Məzhərə Qurban Səid təxəllüsünü götürmək istədiyini bildirir. Beləcə onlar razılığa gəlirlər”. Bundan sonra M.Əsəd bəy əsərlərini Qurban Səid imzası ilə çap etdirməyi qərara alır.